Türkiyə “Eurovision”a qayıdıb

Türkiyə “Eurovision”a qayıdıb backend

Türkiyə “Eurovision 2015” mahnı yarışmasında iştirak edəcək.

QAZİLƏR saytının Türkiyə mediasına istinadən məlumatına görə, 2013-cü ildə səsvermə və püşkatma sisteminə görə etiraz edən Türkiyə yarışmaya qatılmayacağını açıqlamışdı.

Avropa Yayım Birliyinin üzr istəməsi və TRT-nin tələblərini qəbul etməsindən sonra ölkə yarışmada iştirak etməyə yenidən qərar verib.

TRT-nin rəsmisi Şenol Göka bildirib ki, təkcə səsvermə sistemində yox, ölkəyə qarşı davranışda da xeyli suallar olub. O əlavə edib ki, vaxtilə Avropa Yayım Birliyi rəhbərliyinin siyasətindən razı qalmayıblar: “Birliyin siyasəti bizi razı salmamışdı. Münasibət düzgün qurulmalıdır. İtaliya və Rumıniya kimi ölkələrə oxşar münasibət olub. Bolqarıstan da geri çəkilməyə qərar vermişdi. Bizim tələblərimiz yerinə yetiriləcək və iştirak edəcəyik”.
Diaspora