Səhhətində problemlər yaşayan xalq artisti, tarzən Ceyran Haşımova xəstəxanaya yerləşdirilib.
Qaynarinfo xəbər verir ki, yenicag.az-a açıqlama verən sənətkarın oğlu Rəşad Haşımov anasının ürəyindən müalicə olunduğunu deyib:"Anamın təzyiqi qalxıb-düşürdü. Bu da ürəyinə təsir edir. Xəstəxanaya yerləşdirdim ki, bir az müalicə olunsun. Hazırda sistemlər olunur ki, ürəyi qidalansın. Yaş da öz sözünü deyir. Artıq 85 yaşı var, səhhətində baş verən dəyişikliklər də normaldır”.