Filologiya elmləri doktoru Asif Rüstəmlinin tərtib etdiyi “Qədim Oğuz yurdu Böyük Layısqı” adlı kitab çapdan çıxıb. Kitab əslən Böyük Layısqı kəndindən olan görkəmli maarif xadimi Əhməd Yusiflinin xatirəsinə ithaf edilib.
AZƏRTAC xəbər verir ki, kitab Baş Layısqı kəndi ilə bağlı məlumat almaq istəyən geniş oxucu auditoriyası üçün nəzərdə tutulub. XIX əsr Şəki əyaləti üzrə Baş Layısqıya aid əhalinin siyahıyaalınma sənədləri və onların faksimilesi ilk dəfə bu kitabda yer alıb. İstinad edilən çoxsaylı maraqlı faktlar, arxiv materialları, daş kitabələr bu məkanın qədim oğuz - türk yurdu olmasını bir daha təsdiqləyir.Nəşrin ideya müəllifi Abdulla Yusifli, “Ön söz”ün müəllif Asif Rüstəmli, elmi redaktoru İradə Əlibalaqızıdır.