ARB TV-nin “Bu qədər” proqramının növbəti buraxılışında mərhum aktyor, xalq artisti Yaşar Nuriyevin keçdiyi həyat yolu işıqlandırılıb.
Rəhimə Nuriyeva – Həyat yoldaşı: “Anam mənə dedi ki, uzaq qohumlardan sənə elçi gəlmək istəyirlər. Dedilər ki, Yaşardır. Bilmədim nə deyəm. Hər dəfə evə qayıdanda arxamda səs eşidirdim. Ona ailədən təklif etmişdilər ki, qohum qız var alaq sənə. Nişanlanandan sonra 3 ay onu görmədim. Sentyabrda evləndik. Yaşari ilk övladım sayırdım. Hər ailədə olduğu kimi söz-söhbətlərimiz də olurdu. Elə atmaca atırdı ki, gülürdüm. Yaşarı güldürən yeganə adamlardan biri Arif Quliyev idi. Yaşar uşaqlıqdan bu sənətə bağlı adam olub. Bu sənət atası ilə onu birləşdirirdi. Süpürgəçini də görüb söhbət edirdi. Hamıyla dil tapa bilirdi. Deyirdi ki, mənim rollarımda hamısı lazımdır. Son vaxtlar sanki deyirdi ki, yanımdan getmə. Saat 4-ün yarısı baş həkim mənə dedi ki, bilirsiniz nolub? Biz də şok yaşadıq. Bütün həkimlər çalışsaq da heç nə edə bilmədik”.Ülkər Nuriyeva - Qızı: “Məni kim görürsə deyir ki, Yaşar Nurinin şirinliyi sizdə var, siz onun yadigarısız. Öpüb-qucaqlayırlar. Çox diqqətcil idi. Çətin xasiyyəti olub, amma ailəyə bağlı idi. İşim alınmayanda, çətinlik olanda həmin vaxtı atam yuxuma girir. Mənə güc verir. Son vaxtlar daha çox özünə bağlantı yaratdı”.
musavat.com