Müslüm Maqomayevin ABŞ-dakı yadigarı - Marina xanım

Müslüm Maqomayevin ABŞ-dakı yadigarı - Marina xanım backend

Deyir ki, atam indi yaşadığım evimizi heç vaxt görmədi, xəstə vaxtlarına düşdü.

Amma təkidlə tövsiyə edirdi ki, evdə hökmən ağ royal və kamin olsun. Kaminin üstündə də İtaliyanı əks etdirən rəsm...

Mən 1961-ci ildə Bakıda doğulmuşam. Həmin gün qar yağırmış. Atam məni o vaxtdan Qarqız deyə çağırırdı…

Marinanın anası Ofeliya milliyətcə erməni olub, Müslümlə Bakı Musiqu məktəbində bir qrupda təhsil alıblar. Dediyinə görə, Ofeliya çox cazibədar qız imiş. Hər ikisinin 18 yaşı olanda evləniblər...

Müslümün tez evlənməsinə narazılığını bildirən nənəsi onun Ofeliya ilə rəsmi nikaha girə bilməməsindən ötrü bir müddət nəvəsinin pasportunu gizlədir. Sonradan nənəsini razı salan Müslam pasportu geri alıb Ofelya ilə rəsmi nikaha girir. Müslüm bir müddət qaynatasıgildə yaşayır. Və aradan çox vaxt keçməmiş gənc cütlük qərara gəlirlər ki, ev-eşik qurmaqdan ötrü, qazanc dalıyca Qroznıya getsinlər. Belə də edirlər. Qroznıda yaşayarkən gənclərin arasında fikir ayrılığı yaranır. Ofeliya Bakıya qayıdır. Və burada Marinanı dünyaya gətirir. Gənc Müslüm üçün də Çeçenstanda rahat olmur. Yavaş-yavaş tanınsa da, oradan köçməyə qərar verir. Övladının dünyaya gəldiyi xəbərini alıb, Bakıya dönür. Bir müddət sonra Müslüm Ofeliyadan boşanır.

Qaynanasının "Sən heç vaxt yaxşı ər olmayacaqsan" sözləri onun çox acığına gəlir.

Və boşanarkən, qızını unutmayacağını, aliment ödəyəcəyini, ondan diqqətini əsirgəməyəcəyini söyləyir. Elə də olur, Marina son gününədək Müslümün sevimli qızı olur. Hətta müğənni qızının şərəfinə "Marina" mahnısı da bəstələyib, tədbirlərdə tez-tez oxuyur…

Marinanın dediyinə görə, atası onu çox istəyib. Hər bir arzusunu həyata keçirməyə çalışıb. İllər keçdikdən sonra Müslüm etiraf edib ki, onun həyatında üç böyük sevgi olub - musiqi, qızı Marina və həyat yoldaşı Tamara…

Marina xeyli vaxtdır ki, ömür-gün yoldaşı Aleksandr Kozlovskiylə ABŞ-da yaşayır. Ailənin bir övladı - Allen Müslüm Maqomayevin nəvəsi olduğundan qürur hissi keçirir…

Ohayo ştatının Sinsinati şəhərində yaşayan Marina deyir ki, Bakıda doğulub, bu şəhərdə böyüyüb boya-başa çatıb. Buna görə də Azərbaycan ona doğma, əziz ölkədir.

“Sonuncu dəfə atamın dəfnində orada olsam da, Azərbaycan deyiləndə, içimdə isti bir rahatlıq yaranır. Mən bu ölkəyə sülh və əmin-amanlıq arzulayıram. Və insanlarını öz doğma bacı-qardaşlarım hesab edirəm…”.



Diaspora