Ryazan mitropoliti Mark "Qəribə təsadüf və ya həmişə təmizlikdə" ikiseriyalı sovet filmini kəskin tənqid edərək, kinonun ideyasını xristian qayda-qanunlarına zidd olduğunu deyib
Qaziler.az bildirir ki, onun yeni il videomüraciəti Ryazan yeparxiyasının saytında yerləşdirilib.Mitropolitin sözlərinə görə, komediyanın ideyası ilk baxışdan pis görünməsə də, əslində müsbət deyil. O xatırladıb ki, filmin baş qəhrəmanının yeni məhəbbəti öz nişanlısına xəyanətdir.
Onun fikrincə, bu ideya xristianlıq üçün zərərlidir, çünki "insanın ruhunu yalançı, həyata keçməyəcək arzularla doldurur".
Noyabrda bildirilmişdi ki, rusiyalılar Eldar Ryazanovun "Qəribə təsadüf və ya həmişə təmizlikdə" komediyasını Rusiyanın simvollarından biri hesab ediblər.