“Mucize” filminin özəl nümayişi keçirilib

“Mucize” filminin özəl nümayişi keçirilib backend

Türkiyəli məhşur müğənni və aktyor Mahsun Kırmızıgül və aktyor Əli Sürməli Bakıda olublar. Türkiyəli qonaqlar fevral ayının 4-də “28 Cinema”da keçirilmiş M. Kırmızıgülün rejissoru və ssenari müəllifi olduğu “Mucize” filminin özəl göstərimində iştirak ediblər.

Filmin nümayişindən öncə Mahsun Kırmızıgül, Əli Sürməli və Palmali Şirkətlər Qrupunun vitse-prezidenti İbrahim Nəbioğlu media nümayəndələri ilə görüşüblər.

Jurnalistlərin suallarını cavablandıran M. Kırmızıgül Bakıya son gəlişindən sonra çox dəyişdiyini və möhtəşəm gözəlliyə malik olduğunu bildirib. Məşhur müğənni və aktyor həmçinin azərbaycanlı xeyriyyəçi Hacı Zeynalabdin Tağıyev haqqında da film çəkmək istədiyini qeyd edib.

Tədbir zamanı Mahsun Kırmızıgül sevərlər və onun yaradıcılığının həvəskarları məhşur müğənni və aktyor ilə fotosessiyada iştirak ediblər.

“28 Cinema” kinoteatrı Enhanced 4K müasir texnologiyasına əsaslanan, Barco yeni nəslindən olan proyektorlar və 3D Xpand texnologiyalı eynəklər təqdim edir. “28 Cinema” “PLATINUM MOVIE SUITES” zalı daxil olmaqla 6 zaldan ibarətdir və kinoteatrın ərazisində “Blackberry” restoranı yerləşir.
Diaspora