Mayın 26-ı saat 13:00-da Bakı Dövlət Universitetinin Müasir Azərbaycan ədəbiyyatı kafedrasının doktorantı, türk yazar Hayri Ataşın “Yalnızlıq ömür boyu” kitabının təqdimatı keçiriləcək.
Müəllifin Axar.az-a verdiyi məlumata görə, təqdimat Sumqayıt şəhərində yerləşən “Qüsurlular evi”ndəki fiziki qüsurlu şəxslərə əlil arabaları almaq məqsədilə keçirilir.Qeyd edək ki, imza günü Nizami metrosu yaxınlığında yerləşən Bakı-Türk-Anadolu liseyində keçiriləcək.