Bu gün Avstriyanın paytaxtı Vyanada "Eurovision 2015" mahnı müsabiqəsinin finalı baş tutacaq. Lent.az-ın axsam.az-a istinadən məlumatına görə, "Wiener Stadthalle" arenasında baş tutacaq gecədə 27 ölkənin təmsilçisi səhnəyə çıxacaq.
Təmsilçimiz Elnur Hüseynov bu gün 24-cü nömrə altında səhnəyə çıxacaq. O, “Hour of the Wolf” mahnısını səsləndirəcək.Digər iştirakçıların səhnəyə çıxma sıralamaları belədir:
1. Sloveniya, 2. Fransa, 3. İsrail, 4. Estoniya, 5. Böyük Britaniya, 6. Ermənistan, 7. Litva, 8. Serbiya, 9. Norveç, 10. İsveç, 11. Kipr, 12. Avstraliya, 13. Belçika, 14. Avstriya, 15. Yunanıstan, 16. Monteneqro, 17. Almaniya, 18. Polşa, 19. Latviya, 20. Rumıniya, 21. İspaniya, 22. Macarıstan, 23. Gürcüstan, 24. Azərbaycan, 25. Rusiya, 26. Albaniya, 27. İtaliya.
Finalda birbaşa iştirak etmək hüququ qazanan ölkələr isə Avstriya, Almaniya, Fransa, İtaliya, Böyük Britaniya, Avstraliya və İspaniyadır.
"Eurovision 2015"in final buraxılışı saat 00:00-da İTV-də canlı yayımlanacaq.
Qeyd edək ki, keçən il Danimarkanın paytaxtı Kopenhagendə keçirilən “Eurovision-2014” mahnı müsabiqəsini Avstriyadan Konçita Vurst “Rise Like a Phoenix” mahnısı ilə qazanmışdı.