Şəmistan Əlizamanlının ifası Türkiyədə reytinqləri alt-üst etdi - "YENİŞAFAK”

Şəmistan Əlizamanlının ifası Türkiyədə reytinqləri alt-üst etdi - "YENİŞAFAK” backend

Dünən TRT 1-in Türkiyədə ən çox izlənən serialı olan “Diriliş Ərtoğrul”un yeni sezon üçün ilk bölümü yayınlanıb.

Qaziler.az Türkiyə mətbuatına
( www.yenisafak.com )
istinadən bildirdiyinə görə izləyicini ekranlara kilidləyən serialda ozanın “Turan ellər var olsun!” mahnısı reytinqləri alt-üst edib.

Xatırladaq ki, “Diriliş Ərtoğrul” serialında ozan obrazını Azərbaycanın ilk hərbi diktoru, vətənpərvərlik mahnılarının tanınmış ifaçısı Şəmistan Əlizamanlı canlandırıb və çox sevilən “Turan ellər var olsun!” mahnısını ifa edib.