Müğənni Vaqif Nağıyevin məşhur ulduz Adriano Çelentano ilə duet oxuması xəbəri bir neçə gündür mediada gündəmdən düşmür.
Axşam.az-ın məlumatına görə, Vaqif özü də bu haqda açıqlama verib və italyan müğənni ilə duet oxumaqdan şərəf duyduğunu bildirib.Bu gün isə Nağıyevin yalan danışdığı, medianı aldatdığı ortaya çıxıb. Belə ki, onun duet oxuduğu ifaçı Çelentano yox, onun bənzəri Adolfo Sebastyanidir. Bu haqda sosial şəbəkədə paylaşımlar edilib, Vaqifin yalan danışdığı qınanılıb.
Sebastiyan “Lui e gli Amici del Re - Adriano Celentano Tribute Band” qrupunun solistidir. İfaçı həm görünüşü, həm də səsi ilə Çelentanoya bənzəyir. Bundan əfsanəvi italyan ifaçının özünün də xəbəri var.
Sebastiyan özü də Vaqiflə birlikdə Ukraynada konsertdən əvvəl və sonrakı görüntülərini paylaşıb.
Maraqlıdır ki, Çelentano ilə duet oxuması haqda mediaya açıqlama verməkdən, sosial şəbəkədə paylaşım etməkdən çəkinməyən V.Nağıyev indi bu sualları cavablandırmaqdan qaçır. O, yalan danışmasının səbəbi ilə bağlı ünvanlanan sualları cavabsız qoyub.