Azərbaycan Tərcümə Mərkəzinin dil və tərcümə işinin təkmilləşdirilməsi, ölkədə fəaliyyət göstərən peşəkar tərcümə mütəxəssislərinin müəyyən edilməsi və sertifikatlaşdırılması üzrə 2019-cu ilin I Seçim Turu davam edir.
Seçimdə iştirak üçün aşağıda qeyd olunan sənədlər Mərkəzin [email protected] ünvanına göndərilməli, yaxud kağız formatında Bakı şəhəri, Əlimərdan bəy Topçubaşov küçəsi 74 ünvanına təqdim edilməlidir.Qeydiyyat üçün tələb olunan sənədlər:
1. Şəxsiyyət vəsiqəsinin surəti
2. CV
Qeyd: Mərkəzin elektron poçtuna göndərilən sənədlərin “mövzu” bölümündə namizədlərin hansı dil və tərcümə sahəsi üzrə ixtisaslaşdığı qeyd edilməlidir.
Sənədlərin qəbulu 2019-cu il 28 fevral tarixinə qədər davam edəcək.
Əlaqə telefonları: (+994 12) 595-10-69 (daxili nömrə 115)