Şuranın dəstəyilə film çəkilişlərinə başlanıb

Şuranın dəstəyilə film çəkilişlərinə başlanıb backend

“Təmiz Dünya” Qadınlara Yardım İctimai Birliyi Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri - Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə “İnsan alveri ilə mübarizədə potensialın artırılması” layihəsi çərçivəsində “Azərbaycanda insan alveri ilə mübarizə -10 il” filminin çəkilişinə start verib.

Qaziler.az qhtxeber.az-a istinadən məlumatına görə, filmlə bağlı İnsan alverinə qarşı mübarizə üzrə Baş İdarə ilə görüş keçirilib, filmin ssenarisi və sujet xətti müzakirə edilib. Hazırda filmlə bağlı ilk çəkilişlər başlayıb.

Qeyd edək ki, filmdə Azərbaycanın 10 il ərizndə insan alveri ilə mübarizənin tarixi və formalaşmış təcrübəsi geniş şəkildə əks ediləcək. 40 dəqiqəlik filmin rejissoru Elcan Məmmədovdur.
Diaspora