O, “Savaşçı”da Xocalını xatırlayaraq göz yaşı tökdü

O, “Savaşçı”da Xocalını xatırlayaraq göz yaşı tökdü backend

Türkiyənin məşhur serialı “Savaşçı”da Xocalı soyqırımından bəhs edilib.

Musavat.com xəbər verir ki, ekran işində komandir Bəxtiyar obrazını canlandıran Kənan M.M göz yaşı içində yüzbaşı Haydara soyqırımdan danışıb. Sözügedən görüntülər insanları göz yaşına boğub.

Mahmudov “Savaşçı”da yaşananlara sosial şəbəkədə münasibət bildirib: ”Ssenaristlərdən xahiş etdim ki, Xocalını xatırlayaq. Onlar da razı oldular. Bəziləri deyir ki, niyə Türkiyə türkcəsində dasnışmışan? Bilərək elə danışdım ki, daha çox insan başa düşsün. Ölkəmizin adını yaşatmaq, başımıza gətirilən müsibət car çəkmək hamımızın borcudur”.

Diaspora