Oktyabrın 10-da Kosta-Rika Respublikasının Azərbaycandakı müvəqqəti işlər vəkili cənab Jairo Lopez Azərbaycan Tərcümə Mərkəzində olub.
Qaziler.az bildirir ki, görüşdə Mərkəz tərəfindən müxtəlif dövrlərdə Azərbaycan dilinə tərcümə və nəşr edilmiş ispandilli ədəbiyyat nümunələrindən söz açılıb, Azərbaycan-Kosta-Rika ədəbiyyatları arasında görüşlərin qurulması, Azərbaycan ədəbiyyatının Latın Amerikasının ispandilli ölkələrində tanıdılması və təbliği işinin təşkilinə dair bir sıra məsələlər müzakirə edilib.