Müğənni Elnur Hüseynov “Eurovision 2015”in ikinci yarımfinalından sonra keçirilən mətbuat konfransında mahnı oxumaqdan imtina edib.
Lent.az-ın məlumatına görə, jurnalistlərin suallarını cavablandıran ifaçı konfransda mahnı oxumaq istəməməsini bu cür əsaslandırıb: “Bu an xoşbəxt və şən mahnı oxuya bilmərəm. Çox kədərliyəm. Bunun üçün səbəbim var. Azərbaycanlılar məni başa düşər”.Qeyd edək kİ, ikinci yarımfinalda 11-ci nömrə altında səhnəyə çıxan və “Hour of the Wolf” mahnısını ifa edən Elnur Hüseynov finala vəsiqə qazanıb.