Dünyanın ən qeyri-adi şairi - Vaqif Bayatlı 70 yaşını qeyd edir

Dünyanın ən qeyri-adi şairi - Vaqif Bayatlı 70 yaşını qeyd edir backend

Bu gün dünyanın ən saf adamının, ən böyük şairinin, söz elçisinin - Çağdaş Azərbaycan poeziyasının tanınan simalarından olan Vaqif Bayatlı Odərin doğum günüdür.

Modern.az-ın məlumatına görə, Vaqif Bayatlı Odərin 70 yaşı tamam olur.

Vaqif Bayatlı bütün varlığı ilə qeyri-adidir.

Üz mimikalarından, geyim formasından, həyat tərzindən, yerişindən, danışığından, şeirlərindən ancaq Vaqiflik yağır. Özünə oxşayan ikinci belə adam tapmaq bəlkə də mümkünsüzdü.

Həmişə göy üzünə sarı uçuşlar edib, ordan- ucalıqdan salam göndərir hər gün sevdiklərinə.

Vaqif Bayatlı ilə tək Azərbaycanda yox, ümumi dünyada müqayisə ediləcək şair yoxdu.

70-cı illərin sonlarında ədəbiyyata gəlsə də, poetik istedadı daha çox 80-ci illərdən etibarən parlamağa başladı.

V.Bayatlı poeziyaya daha çox intonasiya fərqliliyi gətirmiş şairdi. Şairin poeziyası milli ənənəvi şeirin yeni yolayrıcına düşüb öz cığırını açması baxımından önəmlidir.

Vaqif Bayatlı Odər 1949-cu il oktyabrın 1-də Cəbrayıl rayonunun Böyük Mərcanlı kəndində anadan olub. Azərbaycan İnşaat Mühəndisləri İnstitutunun sənaye və mülki tikinti fakültəsinin axşam şöbəsində təhsil alıb.

Bakıda 445 saylı tikinti idarəsində fəhlə, inşaat texniki, 48 saylı tikinti idarəsində normalayıcı mühəndis, "Məhsul" cəmiyyəti mərkəzi şurasında mühəndis, "Ulduz" jurnalında şöbə müdiri işləyib. (1981-1990). "Xəzər" toplusunun baş redaktoru olub (1989-1992). Azərbaycan Televiziya və Radio Şirkətinin xarici ölkələrə verilişlər studiyasının direktoru vəzifəsində çalışıb (1992). Azərbaycan Yazıçılar Birliyi katibliyi idarə heyətinə (gənclərlə iş üzrə) katib seçilib (1991).

Ümumittifaq konfranslarında, Sovet ədəbiyyatı günlərində, XI poeziya festivalında iştirak edib. Azərbaycan mətbuat fondunun "Mirzə Cəlil mükafatı"na (1993) və Moskvanın "Molodaya qvardiya" nəşriyyatının kütləvi tirajla buraxdığı "Sıçrayış" kitabına görə Gürcüstan Nazirlər Sovetinin "Vladimir Mayakovski mükafatı"na layiq görülüb.
Diaspora