Azərbaycan Tərcümə Mərkəzi ədəbiyyatlararası mübadilələr istiqamətində ərsəyə gətirdiyi beynəlxalq layihələrə görə Belarus Respublikası İnformasiya Nazirliyi tərəfindən mükafata layiq görülüb.
Qaziler.az xəbər verir ki, Mərkəzin bir qrup əməkdaşı Azərbaycan – Belarus ədəbiyyatlararası mübadilələrin təşkili istiqamətində göstərdiyi xidmətlərə görə Belarus Respublikası İnformasiya Nazirliyinin Xüsusi Diplomuna layiq görülüb.