Sabah saat 12:00-da Azərbaycan Dövlət Film Fondunda “Azərbaycan mətbəxi: Dadsonrası dad” sənədli filminin mətbuat nümayəndələri üçün nümayişi olacaq.
Axar.az xəbər verir ki, filmdə qədim mədəniyyətə malik bir ölkə kimi Azərbaycan mətbəxinin tarixi, çeşidliliyi və zənginliyindən bəhs olunur.Filmin İtaliyanın Milan şəhərində keçiriləcək “Planeti Qidalandırmaq, Həyat üçün Enerji” mövzusunda “Milan Ekspo-2015” Ümumdünya Sərgisinin Azərbaycan pavilyonunda nümayiş etdirilməsi nəzərdə tutulub.
Qeyd edək ki, filmin ssenari müəllifi və rejissoru Şamil Nəcəfzadə, operatoru Nizami Abbas, elmi məsləhətçisi Tahir Əmiraslanov, bəstəkarı Cahangir Zülfüqarov, icraçı prodüseri Əbdülnasir Kutiyev, prodüseri Cavid İmamverdiyevdir.