Rasim Balayevin səhhəti pisləşdi

Rasim Balayevin səhhəti pisləşdi backend

Xalq artisti Rasim Balayevin səhhətində yenidən problemlər yaranıb, aktyor xəstəxanaya düşüb.

Qaziler.az-ın yenicag.az-a istinadən məlumatına görə, açıqlama verən tanınmış aktyor ayağında problem yarandığını deyib:

“Doğum günümdən iki gün əvvəl, avqustun 6-da qəfildən yıxıldım. Elə bildim, ayağım ilişib, yıxılmışam, amma sən demə, bu hadisə xəstəlik nəticəsində baş verib. Xəstəxanaya getdim, müayinə olundum. Həkimlər deyir ki, sinirlə bağlıdır, bel yırtığı xəstəliyinin ağır fəsadıdır. Əməliyyat olunmaq istəmirəm, çünki bilirəm, xeyri olmayacaq. Yeriməyimdə problemlər yaranıb. Maşın da sürə bilmirəm. Hər gün oğlum məni Şüvəlandan Bakıya həkimə aparıb-gətirir. Ayağıma “tok” verilir”.

Diaspora