Belarusun məşhur “Cозвучие” (http://sozvuchie.by/poeziya/item/4157-larets-zhemchuzhin-poeziya-azerbajdzhana-imadeddin-nasimi.htmlhttp://sozvuchie.by/poeziya/item/4157-larets-zhemchuzhin-poeziya-azerbajdzhana-imadeddin-nasimi.htmlLink)ədəbi portalı Azərbaycan Tərcümə Mərkəzinin “Azərbaycan ədəbiyyatı virtual aləmdə” layihəsi çərçivəsində görkəmli Azərbaycan şairi İmadəddin Nəsiminin şeirlərinə, eləcə də həyat və yaradıcılığı haqqında məlumata geniş yer ayırıb.
Qaziler.az xəbər verir ki, məlumatda deyilir: «Görkəmli Azərbaycan şairi İmadəddin Nəsimi həyatını ilahi həqiqət və insan kamilliyi yollarının axtarışına həsr etmiş dahi şəxsiyyətdir. İnsan fəlsəfəsinin hüdudları, intellektual imkanları, şüurun insan təkamülündə rolu, iç dünyasından sızan İlahi nur şairin yaradıcılığının əsas qayəsi, ana xəttidir”.Qeyd edək ki, bir qədər əvvəl portal “Поэзия Азербайджана” adlanan bu rubrika altında dahi Azərbaycan şairləri Nizami Gəncəvi və Məhsəti Gəncəvinin şeirlərinə və yaradıcılıqlarına həsr olunmuş materiallara geniş yer ayırmışdı.