SSRİ xalq artisti İosif Kobzon 81 yaşında vəfat edib.
Trend-in məlumatına görə, məşhur müğənni iyulda xəstəxanaya yerləşdirilib, avqustun 7-də isə evə buraxılıb.İ.Kobzon 2004-cü ildən xərçəng xəstəliyindən əziyyət çəkirdi.
Qeyd edək ki, İosif Davıdoviç Kobzon Rusiya ilə Azərbaycan arasında musiqi mədəniyyəti sahəsində əməkdaşlığın genişləndirilməsində səmərəli fəaliyyətinə görə 2012-ci ildə Prezident İlham Əliyevin sərəncamı ilə "Dostluq" ordeni ilə, 2017-ci ildə isə Rusiya və Azərbaycan arasında mədəni əlaqələrin inkişafında böyük xidmətlərinə görə “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu” ilə təltif edilmişdi.