Şou-biznes nümayəndələri hər zaman evləri, bahalı avtomobilləri ilə gündəmə gəlirlər.
Qaziler.az axşam.az-a istinadən xəbər verir ki, bir çox tanınmış sima Azərbaycanda ev sahibi olmaqla yanaşı, xaricdə də mənzil alıb. Əksəriyyəti isə ev almaq üçün qardaş ölkə Türkiyəni seçiblər.Türkiyənin müxtəlif yerlərində evi olan tanınmışlarımızın siyahısını təqdim edirik:
Müğənni Zamiq Hüseynov artıq bir neçə ildir ki, İstanbulda mənzilə sahibdir. Sənətçi ildə bir neçə dəfə qardaş ölkəyə gedib, evində dincəlir.
Əməkdar artist Röya Ayxan da İstanbuldan ev alıb. Müğənni bir dəfə açıqlamasında bildirib ki, evində köməkçi saxlamır, hər işini özü görür.
Əməkdar artist Tünzalə Ağayeva Bodrumda ev alıb. Onun bu sirrini müğənni Samir Piriyev açıqlamışdı.
Samir Piriyevin özü də artıq bir neçə ildir Bodrumda evə sahibdir. Sənətçi hətta orada restoran da açıb. Samir ailəsi ilə birlikdə hər il Bodrumda dincəlir.
Xalq artisti Səməd Səmədov Bodrumda ev alan məşhurlardandır. İfaçı bu haqda özü açıqlama verib. o deyib ki, ailəsi yay olanda Bodruma köçür.
Müğənni Natavan Həbibi də İstanbulda evi olanlardandır. Sənətçi ötən il həmin evə tez-tez getsə də, son vaxtlar ölkədən kənara çıxmır.
Müğənni Elvin Abdullayev Ankarada ev alıb. Sənətçi mənzili bu yay, dostlarının məsləhəti ilə aldığını deyib. Ankaraya toy məclisinə gedən Elvin oranı çox bəyəndiyi üçün belə bir addım atdığını deyib.
Müğənni Elariz Məmmədoğlu bir neçə il əvvəl İstanbulda ev alıb. İfaçı oğlunun orada təhsil aldığını, yaşadığını söyləyib.
Müğənni Ayan Babakişiyeva isə İstanbul ev almaqla qalmayıb, həm də ora yaşamağa köçüb. Ayan bir neçə ildir ki, İstanbulda yaşayır. İfaçı orada biznes də qurub.
Müğənni Nadir Qafarzadə İstanbulda evi olanlar siyahısındadır. Bir müddət əvvəl nadir evi satdığını demişdi. Amma sonra bunun yalan olduğu ortaya çıxıb. Nadirin evi 31-ci mərtəbədə yerləşir. İfaçı bu mənzilinə 300 min manat xərclədiyini bildirib.
Xalq artisti Brilliant Dadaşova da illər əvvəl İstanbulda ev alıb. Müğənninin oğlu Cahad da İstanbulda yaşayır.
Müğənni Könül Kərimova və aşıq Samirə Əliyeva 2014-cü ildə Bodrumda ev aldıqlarını açıqlamışdı. Amma sonra bunun reklam olduğu ortaya çıxıb.