Mədəniyyət və Turizm Nazirliyi elan edir

Mədəniyyət və Turizm Nazirliyi elan edir backend

Azərbaycan Mətbuat Şurası Azərbaycan Mədəniyyət və Turizm Nazirliyi ilə birlikdə "Milli rəqslərimiz milli dəyərimizdir" mövzusunda kütləvi informasiya vasitələrinin təmsilçiləri arasında yazı müsabiqəsi keçirir.

Mükafatlandırma:

I yer - 1 nəfər - 1000 manat
II yer - 2 nəfər - 700 manat
III yer - 3 nəfər - 500 manat
Həvəsləndirici mükafat - 5 nəfər - 300 manat

Müsabiqədə yer tutacaq şəxslərin adları 2015-ci il iyul ayının 10-dək açıqlanacaq.

Müsabiqə şərtləri:

- müsabiqəyə təqdim olunmuş yazılarda üstünlük veriləcək;
-materialların ümumən mövzunu, konkret olaraq nəzərdə tutulan istiqaməti dolğun əhatə etmə səviyyəsi;
- faktlardan istifadə xüsusiyytələri və araşdırmanın keyfiyyəti;
- ifadə vasitələrinin zənginliyi;
- oxucu üçün informasiyalılıq dərəcəsi;
- qabaqcıl dünya təcrübəsi ilə məzmunlu müqayisə.

Müsabiqəyə 2015-cü ilin may ayının 15-dən iyun ayının 19-dək müddətdə qəzet, jurnal və informasiya agentliklərində, həmçinin xəbər saytlarında gedən yazılar buraxılacaq.

Müsabiqə üçün dil və janr məhdudiyyəti nəzərdə tutulmur. Yazılar 9-11 min işarədən (1 A3 formatlı qəzet vərəqindən) çox olmamalıdır. Yazıda "Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi ilə Azərbaycan Mətbuat Şurasının "Milli rəqslərimiz milli dəyərimizdir" mövzusunda keçirdiyi müsabiqəyə təqdim olunur" qeydi olmalıdır.

Qeyd: Yazı müəllifinin konkret kütləvi informasiya vasitəsində çalışması şərtdir.

Müsabiqə üçün təqdim ediləcək materialın müəllifin çalışdığı KİV-də
verilməsi şərt deyil.

Müsabiqəyə təqdim edilmiş yazıların Azərbaycan Mətbuat Şurasının "qara siyahı"sında yer alan kütləvi informasiya vasitələrində çıxması yolverilməzdir.

Müsabiqə üçün yazılar ayrıca zərfdə şəxsən təqdim olunmalıdır.

Təqdimat zərfində yer almalıdır:

- yazı təqdim edən şəxsin konkret kütləvi informasiya vasitəsində işlədiyini təqdiqləyən sənədin surəti;
- yazı təqdim edən şəxsin şəxsiyyət vəsiqəsinin surəti;
- yazı təqdim edən şəxsin əlaqə vasitələri - ev və iş telefonu, mobil telefonu;
- müsabiqə üçün verilmiş yazının getdiyi qəzet və jurnalın 1 nüsxəsi (ayrıca vərəqədə);
- yazı elektron media resursunda verilibsə, bunu təsdiqləyən link (ayrıca vərəqədə);
- materialın yazılı formada A4 formatlı kağız vərəqində 3 nüsxəsi (nüsxələrin hər birində materialın müsabiqə üzrə olan istiqaməti qeyd edilməli, müəllifinin adı göstərilməməlidir);
- diskdə materialın elektron forması (Times New Roman şriftində, müəllifin adı qeyd olunmamaqla);
- yazı elektron media resursunda verilibsə, diskdə yazının linki göstərilməlidir.

Müsabiqə üçün yazılar may ayının 18-dən iyun ayının 22-dək həftənin iş günləri saat 11.00-dan 17.00-dək Bakı şəhəri, Məmməd Araz 4 ünvanında (əvvəlki Teymur Əliyev 38 ünvanı - Azərbaycan Mətbuat Şurasının ofisi) qəbul ediləcək.

Təqdimat prosesində müsabiqə qaydalarının hər hansı birinin yerinə yetirilməməsi qaydaların pozulması kimi qiymətləndiriləcək və material qəbul edilməyəcək.

Əlaqə telefonu:
(012) 441 35 30
(050) 534 93 26
(055) 201 99 26
Diaspora