Azərbaycan mədəniyyəti ilə bağlı daha bir addım-İsveçdə

Azərbaycan mədəniyyəti ilə bağlı daha bir addım-İsveçdə backend

İsveçin paytaxtı Stokholm şəhərində azərbaycanlı uşaqlar və yeniyetmələr üçün Tumurcuq Azərbaycan-İsveç Dram və Teatr Dərnəyi fəaliyyətə başlayıb.

Bu barədə məlumatı diaspor üzrə araşdırmaçı-jurnalist Elnur Eltürk verib.

"Dərnəyə 6 yaşından yuxarı uşaqlar üzv ola bilərlər. Məqsəd Azərbaycan mədəniyyətini, incəsənətini qorumaq və gələcək nəsillərə ötürmək, həmçinin yaşatmaqdır. Dərnək İsveçdə yaşayan həmvətənlillərdən dəstək gözləyir.

Teatrın bədii rəhbəri və rejissoru İsveçdə yaşayan diaspor fəalı Sevinc Nəzərlidir. Teatrın musiqi bölməsinə İsveçdə yaşayan pianinoçu Vüsalə Bağırova rəhbərlik edəcək. Teatrda Azərbaycan ədəbi əsərləri səhnələşdiriləcək.

Teatr Stokholm Türk Teatrının rejissoru Burcu Ada Soysopun təşəbbüsü ilə yaradılıb. Teatrın loqosunu isə Serdar Yayqın hazırlayıb".
Diaspora