İsveçin paytaxtı Stokholm şəhərində azərbaycanlı uşaq tamaşada oynadığı rolla hamını heyran qoyub
Qaziler.az-a bu barədə məlumatı diaspor üzrə araşdırmaçı-yazar Elnur Eltürk verib.Böyük türk şairi Nazim Hikmətin vəfatının ildönümü ilə bağlı Stokholm Türk Teatrında təşkil edilən tamaşada azərbaycanlı Məhəmməd Əlininin"Dünyanı uşaqlara verək" şeiri türk icmasının və bütün tamaşaçıların alqışlarına səbəb olub.
Məhəmməd Əli Nəzərli şeirdən sonra Nazim Hikmətin ruhu qarşısında baş əyirəm deməsi alqışlarla qarşılanıb.
Türk teatrının bədii rəhbəri Bürcü Ada Soysop:" Nazim Hikmət ölməyib,Nazim Hikmət Məhəmməd Əlininin simasında bir daha dünyaya göz açdı"- sözləri ilə tamaşa başa çatıb.
Həmçinin Məhəmməd Əli bir pərdəli musiqili tamaşada Şopenin,Mozartin əsərlərindən ifa edib.
Məhəmməd Əli tamaşadan razı qaldığını bildirib.
“Mən Azərbaycan türküyəm. Bununla qürur duyuram. Şərqdə ilk dəfə dramaturgiyanı Azərbaycan türklərinin böyük ədəbi, fikir insanı Mirzə Fətəli Axundov yaradıb”,-deyə jurnalistlərə musahibəsində söyləyib.
">