“Yeni filmlərimiz kino bazarına çıxarılıb”

“Yeni filmlərimiz kino bazarına çıxarılıb” backend

“Çəkdiyimiz filmlərin hər il onlarla festivala çıxmasında Kannın öz rolu vardır. Kann vasitəsilə beynəlxalq əlaqələrimiz həm coğrafi mənada genişlənir, ən başlıcası isə yeni məzmunla dolur”.

Axar.az xəbər verir ki, bu sözləri əməkdar incəsənət xadimi Ayaz Salayev Kann film festivalı haqqında yazısında deyib.

“Kann festivalındakı Azərbaycan kino pavilyonunda inkişaf etmiş MDB ölkələrindən birinin məşhur kinematoqrafçısı azərbaycanlı həmkarlarına təəssüflə, “İndiyədək Kannda ölkəmizin pavilyonu yoxdur” bildirib, festivalda təmsil olunmaq üçün məsləhətlər istəmişdir. Biz lazımi tövsiyələri ona verib öz aramızda fəxrlə qeyd etdik ki, müstəqilliyimiz əldə edildikdən sonra ölkəmizin beynəlxalq əlaqələri misli görülməmiş miqyasda inkişaf edib və kino sahəsinin Kann festivalında müntəzəm iştirakı buna daha bir sübutdur. Bu günə qədər 100-dən artıq ölkənin təmsil olunduğu festivalda MDB məkanından yalnız dörd ölkənin pavilyonu vardır. Artıq beşinci ildir ki, ölkəmizin pavilyonunda bunun son dərəcə mühümlüyünün şahidi oluruq. Hər hansl bir kinematoqrafiyanın inkişafı təkcə filmlərin istehsalı ilə müəyyən olunmur. Kinematoqrafiya bir böyük aləmdir və Kann kimi nəhəng tədbir milli kinomuzu bu böyük dünyanın sakininə çevirir.

Son illərdə Azərbaycan kinosunun inkişafında bu pavilyonun rolu əvəzsizdir və ölkəmizin dünya kino xəritəsində yer tutmasını təsdiq edir. Yeni filmlərimiz Kannın kino bazarına çıxarılıb, çoxsaylı kataloq və bələdçi nəşrlərində kino təşkilatlarımız haqqında məlumatlar yer almışdır. Hər gün pavilyonu onlarla, bəzi günlərdə yüzlərlə həmkarımız ziyarət edir, maraqlı tanışlıqlar, bəzi hallarda çox perspektivli layihələr ətrafında danışıqlar aparılır. Çəkdiyimiz filmlərin hər il onlarla festivala çıxmasında Kannın öz rolu vardır. Kann vasitəsilə beynəlxalq əlaqələrimiz həm coğrafi mənada genişlənir, ən başlıcası isə yeni məzmunla dolur. Xüsusi qeyd etməliyəm ki, pavilyon təkcə kinomuzun və ayrı-ayrı filmlərimizin təbliği ilə deyil, ümumilikdə Azərbaycanın və onun nailiyyətlərinin təbliği ilə məşğuldur. Qarşıdan gələn I Avropa Oyunları haqqında geniş məlumat yer almışdır”.
Diaspora