Azərbaycan Prezidenti İlham Əliyev bir qrup mədəniyyət xadiminə fəxri adların verilməsi haqqında sərəncam imzalayıb.
Qaziler.az xəbər verir ki, sərəncama görə, Azərbaycan mədəniyyətinin inkişafında xidmətlərinə görə fəxri ad alanların sırasında Rusiyada yaşayıb, fəaliyyət göstərən Emin Ağalarov da varEmin Araz oğlu Ağalarov Azərbaycan Respublikasının Xalq artisti fəxri adına layiq görülüb.
Ölkə başçısının sərəncamı ilə "Xalq artisti" adı verilənlər arasında tanınmış şoumen Murad Dadaşov, aktyor Əjdər Həmidov və müğənni Eyyub Yaquvov da var.