"Bu gün Azərbaycan multikulturalizmi və Azərbaycanda mövcud olan tolerant mühit Azərbaycan xalqının tarixi keçmişindən bizə miras qalan bir ənənənin davamıdır".
Trend-in məlumatına görə, bu barədə Azərbaycan Respublikasının millətlərarası, multikulturalizm və dini məsələlər üzrə dövlət müşaviri, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin Himayəçilər Şurasının sədri Kamal Abdullayev III Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində keçirilən Himayəçilər Şurasının iclasında çıxışı zaman deyib.K.Abdullayev qeyd edib ki, bu ənənələrin müasir Azərbaycan dövləti yarandıqdan sonra ümummilli lider Heydər Əliyev tərəfindən siyasi və hüquqi əsasları yaradıldı: "Bu gün dünyada multikulturalizm mərkəzi kimi tanınan və multikultural təcrübəsi öyrənilən Azərbaycan ölkə Prezidenti İlham Əliyevin məqsədyönlü siyasəti nəticəsində öz multikulturalizm modelini dünyaya təqdim edir. Bu gün keçirilən forumda ölkə Prezidentinin bu məsələyə bir daha yüksək diqqət göstərməsinin şahidi olduq".
Sona Himayəçilər Şurasının iclasında Multikulturalizm Mərkəzinin icraçı direktoru, professor Azad Məmmədov çıxış edərək Mərkəzin bir il ərzindəki fəaliyyəti haqqında Şura üzvlərinə hesabat verdi.
Daha sonra Şura üzvləri çıxış edərək Mərkəzin gördüyü işləri dəyərləndirib və gələcək fəaliyyəti bağlı öz tövsiyələrini veriblər.