Bakıda Masallının mədəniyyət günləri keçiriləcək

Bakıda Masallının mədəniyyət günləri keçiriləcək backend

Bakıda Azərbaycanın rayonlarının mədəniyyət günləri keçiriləcək. Lent.az-ın məlumatına görə, mədəniyyət günlərinə Masallı rayonu ilə start veriləcək.

Masallı mədəniyyət günləri fevralın 10-da başlayacaq. Bununla bağlı təşkilat komitəsi yaradılıb.
Masallı rayon icra hakimiyyətindən Lent.az-a bildirilib ki, mədəniyyət günləri çərçivəsində geniş tədbirlər həyata keçiriləcək. Musiqili Teatrın binasında baş tutacaq tədbirin rəsmi hissəsindən əvvəl sərgi təşkil olunacaq. Qonaqlar bu sərgi vasitəsilə Masallı rayonunun tarixi, adət-ənənəsi, təbiəti, mətbəxi, turizm potensialı ilə tanış olacaqlar. Sərgidə rayonun görkəmli şəxsləri, qəhrəmanları, elm və incəsənət xadimləri barədə də məlumatlar yer alacaq.
Fevralın 10-u saat 18:00-da isə Musiqili Komediya Teatrının binasında Masallının incəsənt kollektivlərinin iştirakı ilə konsret proqramı keçiriləcək.
Qeyd edək ki, mədəniyyət günlərinə Masallı ilə start verilməsi rayonun belə tədbirlərin keçirilməsində təcrübəyə malik olması ilə bağlıdı. Son üç ildə Masallıda Beynəlxalq Folklor Festivalı böyük uğurla keçirilib.
Qeyd edək ki, mədəniyyət günləri Mədəniyyət və Turizm Nazirliyinin təşəbbüsü ilə keçirilir.
Diaspora