Azərbaycan Tərcümə Mərkəzinin növbəti beynəlxaq nəşri - müasir Azərbaycan ədəbiyyatının dolğun mənzərəsini əks etdirən “Azərbaycan hekayələri” kitabı Böyük Britaniyada işıq üzü görüb.
Qaziler.az bildirir ki, Əbdürrəhim bəy Haqverdiyev, Əli Vəliyev, Mir Cəlal, Ənvər Məmmədxanlı, İsmayıl Şıxlı, İsa Hüseynov, Sabir Əhmədli, İsi Məlikzadə, Yusif Səmədoğlu, Maqsud İbrahimbəyov, Anar, Vaqif Nəsib, Şahmar, Elçin, Mövlud Süleymanlı, Sara Oğuz, Seyran Səxavət, Məmməd Oruc, Kamal Abdulla, Aqil Abbas kimi tanınmış Azərbaycan ədiblərinin hekayələri toplanan kitabın redaktoru ingilis filoloqu, yazıçı-tərcüməçi Anne Thompson, “Ön söz”ün müəllifi “British Council Azərbaycan” ofisinin direktoru, filoloq Elizabet Uaytdır.Kitab Böyük Britaniyanın “Hertfordşir Press LTD” nəşriyyatında çap edilib.