"Möcüzə" serialında rol alan "Kurdlar Vadisi Pusu" serialının Zaza dayısı Bakıya təşrif buyurub. Əsl adı Ali Sürməli olan aktyor ilk dəfədir ki, Bakıdadır.
Adıçəkilən filmin rejissoru olan Mahsun Qırmızıgül ilə paytaxtımıza gələn aktyor şəhərdə salınan yolları çox bəyənib.Zaza dayı Bakının tərtəmiz bir şəhər olduğunu və buradakı hər şeyi “Maşallah” deyərək izlədiyini dilə gətirib. Aktyoru ən çox sevindirən məqamlardan biri də yazıları rahat şəkildə oxuya bilməsi olub.
"Avropa Olimpiyadası yazısını oxudum. O anda mən gözəl duyğular yaşadım. Başqa bir ölkə, gözəl binaları, yolları var və sən türk dilində oxuya bilirsən. Gerçəkdən hər yer tər-təmiz idi. Otelimizə çatana kimi maşallah deyərək, ətrafa baxaraq gəlmişik".