“Rokki” və “Rembo” filmləriylə tanınan məşhur aktyor Silvester Stallonenin Fransanın Nis şəhərində təşkil olunan “Real sevgi” adlı sərgidə 1975-ci ildən bəri çəkdiyi rəsmləri sərgilənib.
Axar.az xəbər verir ki, 68 yaşlı amerikalı aktyor açılış zamanı rəssamlığı ədəbiyyatdan daha üstün tutduğunu dilə gətirib: “Məncə, rəsm daha orijinal və dürüst sənət sahəsidir. Çünki bəsitdir, amma bağışlamaz”.Tənqidçilər aktyorun rəsmlərinə onun filmlərdə oynadığı rolların da təsiri olduğunu qeyd ediblər. Rəsmlərin qiyməti 50 ilə 150 min dollar arasında olub.
Qeyd edək ki, Silvester Stallone hazırda Nisin yaxınlığındakı Kann şəhərində keçirilən Kann film festivalında iştirak edir.