“Azərbaycanda memarlığın kitabxana-informasiya təminatı” monoqrafiyası nəşr olunub

“Azərbaycanda memarlığın kitabxana-informasiya təminatı” monoqrafiyası nəşr olunub backend

Qaziler.az-a verilən məlumata görə, AMEA-nın doktorantı Günel Hacıyevanın Azərbaycan Respublikası Prezidenti yanında VI qrant müsabiqəsinin nəticəsinə əsasən Gənclər Fondunun maliyyə dəstəyi ilə “Gənc memarların elmi fəaliyyətinin sənəd-informasiya təminatı” adlı layihəyə uyğun olaraq “Azərbaycanda memarlığın kitabxana-informasiya təminatı” adlı monoqrafiyası nəşr olunmuşdur.

Monoqrafiya Azərbaycanda tarixi milli-memarlıq məktəblərinin öyrənilməsi, müasir memarlıq məktəblərinin fəaliyyətinin tədqiqi, memarlıq abidələrinin bərpası sahəsində tədqiqat aparan peşəkar gənc mütəxəssis memarların elmi fəaliyyətinin kitabxana-informasiya təminatı istiqamətində aparılan ilk elmi-tədqiqat əsəridir.

Tədqiqat əsəri gənc memarların elmi-mədəni və təhsil sahələrində daha fəal iştirakını və onların elmi-tədqiqat fəaliyyətlərində sənəd-informasiya kütləsinin rolunu müəyyənləşdirməyi və gənclərin, eləcə də sahə üzrə mütəxəssislərin Azərbaycanın memarlığına dair zəngin kitabxana-informasiya resursları ilə ətraflı tanış etməyi nəzərdə tutur.
Monoqrafiya tələbələr, mütəxəssislər və geniş oxucu kütləsi üçün nəzərdə tutulmuşdur.
Diaspora