Vyanada bu il 60-cı dəfə təşkil olunacaq “Eurovision-2015” mahnı müsabiqəsinin açılış mərasimi keçirilib. APA-nın "Anadolu" agentliyinə istinadən verdiyi məlumata görə, müsabiqənin rəsmi açılışını “Eurovision-2014”-ün qalibi Konçita Vurst edib.
Azərbaycanı yarışmada təmsil edən Elnur Hüseynov "Anadolu" agentliyinin müxbirinə açıqlamasında Vyanada gözəl mühitin olduğunu bildirib və qeyd edib ki, builki yarışmada birinci olacağına inanır.Avstriya “Eurovision” mahnı müsabiqəsinə 1967-ci ildən sonra ikinci dəfə ev sahibliyi edir. Qeyd edək ki, “Eurovision-2015” mahnı müsabiqəsinin ilk yarım finalı mayın 19-da, ikinci yarım final mayın 21-də, final isə mayın 23-də olacaq. Müsabiqənin finalı mayın 23-də keçiriləcək.
Müsabiqədə 40 ölkə iştirak edir.