Xalq yazıçısı Elçinin “Baş” romanı Misirdə nəşr olunub

Xalq yazıçısı Elçinin “Baş” romanı Misirdə nəşr olunub backend

Xalq yazıçısı Elçin Əfəndiyevin “Baş” romanı Misirdə işıq üzü görüb.

Nəşr Azərbaycan Tərcümə Mərkəzinin Azərbaycan ədəbiyyatının dünyada tanıdılması və təbliği istiqamətində həyata keçirdiyi beynəlxalq layihələri çərçivəsində ərsəyə gəlib.

Mərkəzdən Qaziler.az-a verilən məlumata görə, Misirin “Ən-Ədəb” nəşriyyatında nəşr olunmuş kitabı orijinaldan ərəb dilinə Misir Mədəniyyət və Təhsil Əlaqələri Mərkəzinin direktoru, Misir Ərəb Respublikasının Azərbaycandakı Səfirliyinin Mədəniyyət məsələləri üzrə attaşesi, doktor Əhməd Sami Elaydi tərcümə edib.
Diaspora