Kusturiça: “Rusiya Pentaqonun CNN nağılını məhv etdi”

Kusturiça: “Rusiya Pentaqonun CNN nağılını məhv etdi” backend

Məşhur serb kino rejissoru Emir Kusturiça “Russia Today” (RT) televiziya kanalının rus cəbbəxanasının bir hissəsi olduğunu və ABŞ rəhbərliyinin bundan narahatlıq keçirdiyini söyləyib.

Axar.az xarici mətbuata istinadən xəbər verir ki, rejissorun fikrincə, Pentaqonun RT-nin ofisini bombalamaq qərarı verməsi III Dünya müharibəsinin başlanmasına səbəb olacaq.

Rejissor ingilis dilində yayımlanan və 200-ə yaxın ölkədə 700 milyon nəfər tərəfindən izlənilən bu kanalı rus cəbbəxanasının bir hissəsi olaraq göstərib:

“ABŞ-ın RT kanalının ofisini bombalaması III Dünya müharibəsinim başlamasına səbəb olar. Bunun qisasını almaq üçün Rusiya da CNN-i yox edər. RT-nin uğurunun səbəbi Hollivud və CNN-də illərdir qəlibləşmiş “yaxşı və pis adamlar” stereotiplərini dağıtmasıdır”.

Kusturiçanın sözlərinə görə, CNN ABŞ hərbi təyyarələrinin bomba deyil, mələklər atdığını sübut etməyə çalışırsa, RT ancaq həqiqətləri göstərir:

“ABŞ Dövlət katibi Con Kerri və konqres üzvləri RT-nin ABŞ-ın dünyanı xaosa sürüklədiyi, Koka-kolanın insan mədəsi üçün deyil, avtomobil üçün təmizlik maddəsi olduğu, Ukrayna böhranında MKİ-nin izlərinin tapıla biləcəyinə dair mesaj göndərməsindən narahatdır. RT “Amerika yuxusu”nun sirr pərdəsini daha da aralayacaq, illərdir amerikalılardan gizlədilən həqiqətləri onların evlərində CNN-də istifadə olunandan daha mükəmməl ingilis dilində ortaya çıxaracaq”.
Diaspora