Azərbaycan Praqada 21-ci beynəlxalq kitab sərgisində

Azərbaycan Praqada 21-ci beynəlxalq kitab sərgisində backend

Azərbaycanın Çexiya Respublikasındakı səfirliyi və Nazirlər Kabineti yanında Tərcümə Mərkəzinin təşkilatçılığı ilə ölkəmiz Praqada keçirilmiş 21-ci beynəlxalq kitab sərgisində təmsil olunub.

Səfirlikdən Trend-ə verilən məlumata görə, sərgidə müxtəlif ölkələrlə yanaşı, Azərbaycan stendi də quraşdırılıb və ölkəmizin tarixinə, mədəniyyətinə, ədəbiyyatına, turizm imkanlarına həsr olunmuş çoxlu sayda kitab və nəşriyyat materialları nümayiş etdirilib.

Azərbaycanın Çexiyadakı səfiri Fərid Şəfiyev və Nazirlər Kabineti yanında Tərcümə Mərkəzinin direktoru Afaq Məsudun rəhbərlik etdiyi nümayəndə heyəti sərginin açılışında iştirak edib, sərgi təşkilatçıları və tədbirə qatılan digər qonaqlarla görüşüb.

Eyni zamanda, sərgidə quraşdırılmış Azərbaycan stendinə maraq göstərən şəxslərə ölkəmizin tarixi və mədəniyyəti haqqında məlumat verilib, kitab və digər çap məhsulları hədiyyə edilib.
Diaspora