"Azərbaycanda "Azdrama"dan o yana teatr yoxdur" - Xalq artisti

"Azərbaycanda "Azdrama"dan o yana teatr yoxdur" - Xalq artisti backend

Xalq artisti Ramiz Novruz teatrdaxili qalmaqallardan uzaq olduğunu bildirib.

Qaziler.az-ın "Ölkə.Az"a istinadən məlumatına görə, Nərgiz Cəlilovanın aparıcısı olduğu "Sevilənlər" verilişində qonaq olan aktyor bildirib ki, enerjisini daha çox yaradıcılığa sərf etmək istəyir:

"Hər zaman "Azdrama"nın aktyoru olmağı arzulamışam. Çünki Azərbaycanda bundan o yana teatr yoxdur. Heç vaxt aktyorların hansısa rəhbərlə bağlı narazılıqlarına, harasa məktub yazmaqlarına qoşulmamışam. Sadəcə, başımı aşağı salıb işimi görmüşəm. Uşaqlara deyirəm ki, məsələn, sizin rəhbərdən narazı olduğunuz iki ildə mən "Nadir şah"ı oynamışam. Bəs siz gələcəkdə bu iki ildə nə oynadığınızı deyəcəksiniz".

Sənətkar bəzən yararsız pyeslərdə də rol aldığını etiraf edib:

"Teatrın istehsalat yönümü də var. Ancaq bəzən kamil dramaturgiyası olmayan tamaşalarda oynayıram, işimi görürəm. Gəlib tamaşaçıya baş əyəndə ürəyimdə deyirəm ki, bağışlayın, belə bir zay şeyi sizin üçün oynadıq. İndi yaşımın elə dövrüdür ki, rejissorlar məni elə rollara dəvət etmirlər. Elə olanda pyesi, tamaşanı yox, aktyor heç olmasa öz obrazını xilas etməlidir".
Diaspora