Bilik Fondu Saatlıda görüşlər keçirdi

Bilik Fondu Saatlıda görüşlər keçirdi backend

Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun icraçı direktoru Oktay Səmədov və Fondun əməkdaşları Saatlı rayonunda bir sıra görüşlər keçriblər.

Axar.az xəbər verir ki, qonaqları Saatlı rayon icra başçısı Siraqəddin Cabbarov qarşılayaraq, onlara rəhbərlik etdiyi rayonda aparılan islahatlar barədə məlumat verib. İcra başçısı bildirib ki, Bilik Fondu fəaliyyətə başladığı gündən qurumun həyata keçirdiyi layihələr daim diqqət mərkəzində olub. Cəmiyyətin maariflənməsi istiqamətində Bilik Fondunun gördüyü işlərin təqdirəlayiq olduğunu bildirən icra başçısı qurumun yerli nümayəndəsinin Saatlıda mütamadi olaraq maraqlı tədbirlər hazırladığını diqqətə çatdırıb.

Bilik Fondunun icraçı direktoru Oktay Səmədovun rayon ictimaiyəti ilə görüşü də keçirilib. İcraçı direktor görüşdə bir il ərzində Fondun gərəkli layihələrə imza atdığını deyib. Həmin layihələr barədə geniş bilgilər verən O.Səmədov Saatlı ictimaiyyətinin layihələrə cəlb olunmasına ehtiyac olduğunu vurğulayıb. Bölgələrdə hər sahədə geniş islahatlar aparıldığını xatırladan O.Səmədov Bilik Fondunun missiyasının ölkədə gedən sürətli inkişaf barədə həm yerli, həm də dünya ictimaiyyətinə dolğun məlumat çatdırmaq olduğunu deyib.

Bilik Fondunun yerli nümayəndəsinin təşkilatçılığı ilə ümumdünya muzeylər gününə həsr olunan Saatlının tarix diyarşünaslıq muzeyində keçirilən tədbirə qatılan Fond nümayəndələrinə muzeyin direktoru Sürayyə Zeynalova maraqlı məlumatlar verib.
Diaspora