XXVIII Turin Beynəlxalq Kitab Sərgisində Azərbaycan təmsil olunub

XXVIII Turin Beynəlxalq Kitab Sərgisində Azərbaycan təmsil olunub backend

Nazirlər Kabineti yanında Tərcümə Mərkəzi XXVIII (28-ci) Turin Beynəlxalq Kitab Sərgisində Mədəniyyət və Turizm Nazirliyi və Milli Kitabxana ilə birgə Azərbaycanı təmsil edir.

Trend-ə verilən məlumata görə, Mərkəzin təmsilçisi qurumun əməkdaşı Şahin Ələsgərovdur. Açılış mərasimi mayın 14-də “Torino Lingotto Fiere” Beynəlxalq Kitab Zalında baş tutan sərgidə Azərbaycanla yanaşı, Almaniya, İsrail, Qazaxıstan, Albaniya kimi onlarla ölkə, həmçinin, “Edizioni Del Baldo”, “Marco Del Bucchia Editore”, “Carlo Delfino Editore”, “Carlo Saladino”, “Miso Editore”, “Marchetti Editore”, “Nottetempo”, “Logus Mondi İnterattivi” və “Edizioni Perla Decrescita Felice” kimi yüzlərlə məşhur İtaliya nəşriyyatı iştirak edir. İlk dəfə iştirak etdiyindən “xüsusi qonaq” statusuna malik olan Azərbaycan stendində “Tərcümə Mərkəzinin kitabları” seriyasından olan kitablar, Mədəniyyət və Turizm Nazirliyi və Milli Kitabxanaya məxsus kitablar nümayiş etdirilir.

Sərginin ilk günü stendimizdə nümayiş etdirilən, “Tərcümə Mərkəzinin nəşrləri” seriyasından “Candles (101 verses)” (“Şamlar (101 şeir)” kitabı ən çox marağa səbəb olan kitablardan olub. Sərgi may ayının 18-nə kimi davam edəcək.
Diaspora