Xalq artisti Fəxrəddin Manafovun Almaniyaya getməsi ilə bağlı xəbərlər yayılıb.
Qaziler.az Kulis.az-a istinadən xəbər verir ki, məsələni dəqiqləşdirmək üçün aktyorla əlaqə saxlanılıb.F.Manafov hazırda Almaniyada xəstəxanada olduğunu təsdiqləyib:
“Hazırda Almaniyada klinikadayam. Danışmaq imkanım yoxdur”.
Aktyor bildirib ki, bu barədə geniş danışmaq istəmir, daha sonra lazım gələrsə mətbuatda açıqlama verəcək.