Ekspressionizm cərəyanının təmsilçisi Mark Rotkonun tablosu auksionda 46,5 milyon dollara satılıb.
Axar.az xarici mətbuata istinadən xəbər verir ki, rus əsilli amerikalı rəssamın sözügedən tablosu mavi və sarı rənglərdən ibarətdir. “Adsız” adlanan bu əsər 1954-cü ildə çəkilib.Xatırladaq ki, “Adsız” əsəri kolleksiyaçı Reyçil Mellonun olub. Onun ölümündən sonra varisləri sahib olduğu tabloları auksiona çıxarmaq qərarına gəlib.