NTV telekanalında “Sən supersən!” beynəlxalq televiziya mahnı layihəsinin növbəti buraxılışı yayımlanıb.
Axşam.az xəbər verir ki, bu dəfə səhnəyə Zaqataladan olan Namiq Cəbrayılov çıxıb.O, layihənin seçmə turunda Azərbaycanın əfsanəvi müğənnisi Müslüm Maqomayevin “Gözəllik kraliçası” mahnısını oxuyub.
Namiqin çıxışı nəinki münsifləri, eyni zamanda bütün zalı heyran edib.
Münsiflər heyəti yekdilliklə ona səs verib. Beləliklə, həmyerlimiz “Sən supersən!” yarışmasının növbəti turuna keçib.
Qeyd edək ki, layihədə MDB-dən olan uşaqlar iştirak edir.