Bu il martın 17-də Türkiyənin İstanbul şəhərində keçirilən 16-cı Filmmor Beynəlxalq Qadın Filmləri Festivalında düşmən Ermənistanın yeni bir təxribatının qarşısı alınıb.
Teleqraf.com xəbər verir ki, sözügedən tarixdə İstanbul Fransız Mərkəzində nümayişi nəzərdə tutulan və düşmən ölkənin istehsalı olan "Yeva" adlı filmin nümayişinə qadağa qoyulub.Qeyd edilməlidir ki, İstanbul Baş Konsulluğumuzun apardığı araşdırmalardan məlum olub ki, sözügedən film ölkəmizin ərazi bütövlüyü və suverenliyinə qarşı yönəlib və separatizmi dəstəkləyir.