Rasim Balayev əməliyyat olunub

Rasim Balayev əməliyyat olunub backend

Xalq artisti, məşhur aktyor Rasim Balayev əməliyyat olunub.

Bu barədə APA-ya aktyor özü məlumat verib.

Onun sözlərinə görə, əməliyyat martın 14-də Mərkəzi Gömrük Hospitalında olub:

“Elə ciddi problem deyil, narahat olmağa dəyməz. Dünən həkimlər cərrahi müdaxilə etdilər, indi yaxşıyam. Kiçik uroloji problemdir. Hələlik xəstəxanadayam. Sabah bir də müayinə olunacam, həy şey qaydasında olsa, evə buraxacaqlar”.