Məlum olduğu kimi, “Qarabağ folklorunun toplanması, sistemləşdirilməsi və araşdırılması” layihəsi çərçivəsində “Qarabağ: Folklor da bir tarixdir” oncildliyi artıq işıq üzü görüb.
Layihənin rəhbəri Azərbaycan Milli Elmlər Akademiyası Folklor İnstitunun direktoru, filologiya üzrə elmlər doktoru Muxtar İmanovdur.Kitab, Qarabağ folkloruna aid, özündə milli-mənəvi dəyərləri ehtiva edən kifayət qədər zəngin şifahi xalq ədəbiyyatı materialları ilə tərtib olunmuşdur və tarixilik baxımından əvəzsiz mənbə rolunu oynayır.
Karabakh.tv-nin bugünkü çəkilişi “Qarabağ: Folklor da bir tarixdir” oncildliyinin araya-ərsəyə gəlməsində böyük xidmətləri olan, Folklor İnstitunun əməkdaşı, filologiya üzrə fəlsəfə doktoru İlkin Rüstəmzadədir.
">