Rusiya telekanalında Azərbaycan mətbəxinə həsr olunan veriliş efirə gedib

Rusiya telekanalında Azərbaycan mətbəxinə həsr olunan veriliş efirə gedib backend

Rusiyanın "Пятница" telekanalında nümayiş olunan məşhur "Еда, я люблю тебя!" verilişinin bu dəfəki mövzusu Azərbaycan mətbəxi oldu.

Qaziler.az Mədəniyyət və Turizm Nazirliyinin saytına istinadən bildirir ki, Azərbaycan süfrəsinin təamlarını dadmaq, onların tarixi və çeşidləri ilə yaxından tanış olmaq məqsədilə proqramın aparıcıları Bakıya təşrif buyurmuşlar.

TV-şounun əsas mahiyyəti bundan ibarətdir ki, aparıcılar müxtəlif ölkələrə səyahət edir və həmin ölkənin milli mətbəxini nümayiş etdirirlər.

Verilişin Azərbaycan mətbəxinə hərs olunmuş buraxılışı 11 may tarixində nümayiş olunub.
Diaspora