Türkiyədə kürd əsilli müğənni İntizar “Zeytun budağı” əməliyyatını dəstəklədiyini açıqlayıb.
Kult.az xəbər verir ki, bu barədə müğənni Türkiyə mətbuatına verdiyi müsahidə zamanı danışıb.“Kürd əsilli bir sənətçi olaraq “Zeytun budağı” əməliyyatını dəstəkləyirəm. Necə ki, terror qruplaşmaları kürd xalqının haqlarını müdafiə etmir, mən də kürd əsilli bir sənətçi olaraq heç bir zaman terror qruplaşmalarını müdafiə etmirəm. Çünki onlar mənim xalqımı və haqqımı müdafiə etmir. Onlar illərdir kimlərinsə oyuncağına çevrilib. Mənim xalqımı və haqqımı müdafiə etmək o əlaltılara qalmayıb. Bu ölkədə bir çox kürd əsilli sənətçi var. Əminəm ki, onlar da mənim kimi fikirləşirlər. Biz bunları açıq şəkildə dedikdə özünütanımayanlar bizi riyakarcasına tənqid edirlər. Ortada bir həqiqət var və bunu inkar edən insan deyildir. Orada əslində ən böyük zülmü kürdlər çəkir. Orada kürd kəndləri, türkman kəndləri və milyonlarla suriyalı var. Mövzu onsuz da kürd məsələsi deyil, kürdlərlə heç bir əlaqəsi yoxdur. Vəziyyət tamamilə xaçlı-islam savaşını xatırladır. Mənim qəlbimin hiss etdiyi budur. Türkiyə oradan böyük bir zəfərlə çıxmalıdır. Allah türk əsgərini qorusun, bizlərə oradan zəfərlə çıxmağı nəsib etsin. Sonuna qədər məhmədciyin arxasındayam”, - İntizar bildirib.