“Məktəb, maarif, təhsil işi ilə həmişə sıx bağlı olmuşam... Hesab edirəm ki, cəmiyyət haradan olursa-olsun, nədən olursa-olsun kəsib təhsilə xərcləməli, gənc nəslin təhsilinə, müəllimə kömək etməlidir.Bu, mənim prinsipial mövqeyimdir.” Bu sözlər Azərbaycan xalqının xilaskarı, dünyada siyasət nəhəngi kimi tanınan ulu öndər Heydər Əliyevə məxsusdur.
Ulu öndərin anadan olmasının 92-ci ildönümü Azərbaycanın təhsil müəssisələridə böyük təntənə ilə qeyd olundu. Bu tədbirlər bir daha ümummilli liderin xatirəsinə təsil işçilərinin böyük hörmət və məhəbbətinin ifadəsidir. Elə Sabunçu rayonunun 71 saylı orta məktəbində keçirilən tədbir də bunun əyani nümunəsinə çevrildi.Qaziler.az “Xalq” qəzetinə istinadən bildirir ki, tədbiri giriş nitqi ilə açan məktəbin ibtidai sinif müəllimi Təranə Tağıyeva bildirdi ki, ulu öndərin doğum günü bütün Azərbaycanda el bayramı kimi yüksək səviyyədə keçirilir. O, dedi ki, məktəbin 4-cü sinif şagirdlərinin hazırladıqları “Heydər Əliyev və Azərbaycan” mövsusunda tədbir böyük şəxsiyyətin həyat və fəaliyyətinə həsr olunmuşdur. Sonra monitorda ulu öndərin “Mən fəxr edirəm ki, azərbaycanlıyam” məşhur ifadəsi səsləndi. Şagirdlər ulu öndər, Vətən, məktəb haqqında mahnılar oxudular. Ekranda məktəb şagirdlərinin Fəxri xiyabanda ulu öndərin məzarını ziyarət etdiyi anlar canlandı.
Tədbirdə çıxış edən şagirdlər bildirdilər ki, ulu öndər Azərbaycan xalqının xilaskarı, onu dünya səviyyəli dövlətə çevirən böyük siyasi xadim idi. Ulu öndər uşaqların yaxın dostu idi. Dəfələrlə məktəblərdə olmuş, şagirdlərlə görüşmüş, onlara tövsiyələrini vermişdir. Sagirdlər ulu öndərin Vətən, torpaq, məktəb haqqında kəlamlarını səsləndirdilər.
Məktəbin direktoru Mahirə Qocayeva çıxışında ulu öndərə sonsuz xalq məhəbbətindən, onun məktəbə, təhsil işçilərinə böyük qayğısından danışdı. Məktəbin ictimai həyatında fəal iştirakına və bu tədbirin yüksək səviyyədə hazırlanmasına görə direktor məktəbin müəllimi Təranə Tağıyevaya fəxri fərman təqdim etdi.
Tədbirdə məktəbin təlim-tərbiyə üzrə direktor müavini Şəmsiyyə Azəri, Yazıçılar Birliyinin üzvü Fəxrəddin Əliyev, AMEA Əlyazmalar İnstitutunun dissertantı Aytən Hüseynova çıxış edərək ulu öndərin təhsilə qayğısından və bu gün həmin ideyaların cənab Prezident İlham Əliyev tərəfindən yüksək səviyyədə reallaşdırılmasından söhbət açdılar.